RU

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xankəndinin qələbə yolunda dirçəlişi

Azərbaycanın müasir tarixində 15 oktyabr 2023-cü il xüsusi əhəmiyyət daşıyır. Həmin gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu addım yalnız ərazi bütövlüyümüzün təmin olunmasının simvolu deyil, həm də 30 ilə yaxın davam edən işğal dövrünün rəsmi şəkildə başa çatmasının təntənəsi idi. Dövlət bayrağının Xankəndidə ucaldılması xalqımızın milli iradəsinin, müstəqilliyimizin və güclü dövlətçilik ənənələrinin qələbəsi kimi tarixə düşdü.

Sonrakı aylar və illərdə Prezidentin Xankəndiyə səfərləri ardıcıl şəkildə davam etdi. 8 noyabr 2023-cü ildə şəhərdə Vətən müharibəsində əldə edilən tarixi Zəfərin üçüncü ildönümünə həsr olunmuş möhtəşəm hərbi parad keçirildi. Bu parad Azərbaycan Ordusunun gücünü, nizam-intizamını və dövlətimizin sarsılmaz iradəsini nümayiş etdirərək bir daha bütün dünyaya bəyan etdi ki, Qarabağ artıq əbədi və qəti olaraq Azərbaycandır.

21 dekabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndidə keçirilən “Qarabağ”-MOİK futbol oyununda iştirak etdi, həmçinin ilin idman yekunları ilə bağlı tədbirdə idman ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Bu fakt bir daha göstərdi ki, Xankəndi yalnız siyasi və hərbi baxımdan deyil, həm də idman və gənclik mərkəzi kimi Azərbaycanın ictimai həyatına qayıdır.

2024-cü ilin fevralında keçirilən prezident seçkilərində İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə Xankəndidə səsverməsi mühüm siyasi məna daşıyırdı. Bu hadisə azad edilmiş torpaqlarda demokratik dəyərlərin bərpa olunduğunu, dövlətin suveren hüquqlarının tam şəkildə həyata keçirildiyini nümayiş etdirdi. Mart ayında isə Xankəndidə Novruz tonqalının alovlandırılması milli-mənəvi dirçəlişin və qələbə sevinci ilə birləşən xalq iradəsinin təcəssümü oldu.

İyul 2024-cü ildə Prezidentin iştirakı ilə Qarabağ Universitetində görülən işlər, təmir və bərpadan sonra “Qarabağ” və “Palace” hotellərinin açılışı, eləcə də Konqres Mərkəzinin təməlqoyma mərasimi keçirildi. Bu addımlar Xankəndinin Azərbaycanın iqtisadi və mədəni həyatında mühüm mövqeyə malik olacağının xəbərçisi idi. Həmin ilin sentyabrında şəhərdə məktəblər, bağçalar, teatr binaları və tələbə yataqxanasının açılışları Xankəndinin sosial infrastrukturunun bərpasına güclü təkan verdi.
 

2025-ci ilin fevralında “Bulud” hotelinin istifadəyə verilməsi, Zəfər parkının təməli və Azərbaycan-Özbəkistan əməkdaşlığı çərçivəsində tikiş fabrikinin fəaliyyəti ilə tanışlıq Xankəndinin regional iqtisadi mərkəzə çevrilməsinin bariz nümunəsi oldu. İyul ayında dəmir yolu və avtovağzal kompleksinin təməlqoyması, “Xankəndi” Biznes Mərkəzinin açılışı və beynəlxalq qonaqların iştirakı ilə keçirilən tədbirlər şəhərin beynəlxalq əhəmiyyətini artırdı. Burada İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün təşkili isə Xankəndinin diplomatik platforma rolunu gücləndirdi.                                                                                                                   

Abbas Pənahov,

YAP Nəsimi rayon təşkilatının sədr müavini

Избранный
8
1
yeniazerbaycan.com

2Источники