Demokrat.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Eyni vaxtda paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə keçirilən əməliyyat zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin rəhbərlik etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıb.
Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə, xüsusilə də "Instagram"da bu şəxslər tərəfindən "TT", "Admiral", "Bir-iki", "Gold" və digər adlar altında açılan səhifələr vasitəsilə vətəndaşlar onlayn qumar oyunlarına cəlb ediliblər.
N.Vəliyev və A.Əsgərli məsuliyyətdən yayınmaq üçün xarici ölkələrin mobil operatorlarına məxsus nömrələrdən, həmçinin digər şəxslərin adına olan nömrələrdən istifadə ediblər. Onlar nəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkə xaricindən idarə olunan "Fast Loto365" və "CHCPlay" kimi qeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər.
Dəstə başçıları həmin saytların xaricdə yaşayan rəhbərləri ilə cinayət əlaqəsinə girərək, ölkə ərazisində şəbəkə qurublar və kirayə mənzillərdə bu qanunsuz fəaliyyəti təşkil ediblər.
Əməliyyat zamanı dəstə üzvlərindən 500-ə yaxın bank kartı aşkarlanıb. Bu kartlar ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınıb və qanunsuz pul köçürmələrində istifadə olunub.
Bundan əlavə, məhkəmə qərarları əsasında aparılan baxış zamanı onların ofis kimi istifadə etdikləri mənzillərdən 50-dən artıq yerli və xarici mobil nömrə, telefonlar və digər elektron sübutlar götürülüb. Müəyyən edilib ki, dəstənin fəaliyyət göstərdiyi dövrdə qanunsuz dövriyyə 10 milyon manatdan artıq olub.
Qeyd edək ki, N.Vəliyev və A.Əsgərli əldə etdikləri gəlirin bir hissəsini kriptovalyutaya çevirərək müxtəlif pul transferləri də həyata keçiriblər.
Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir.
10Источники
-
metbuat.azBakıda əməliyyat keçirildi - ( 21493777)
-
qaziler.azDİN xüsusi əməliyyat keçirdi: Çox sayda şəxs saxlanıldı - VİDEO ( 21493423)
-
publika.azDİN-dən xüsusi əməliyyat ( 21493714)
-
editor.azDİN xüsusi əməliyyat keçirdi: Çox sayda şəxs SAXLANILDI – Hadisə yerindən GÖRÜNTÜLƏR ( 21493330)
-
yenisabah.azDİN-dən XÜSUSİ ƏMƏLİYYAT: Çox sayda şəxs SAXLANILDI - VİDEO ( 21492727)
-
yenisabah.azDİN xüsusi əməliyyat keçirdi: Çox sayda şəxs SAXLANILDI - Hadisə yerindən GÖRÜNTÜLƏR ( 21492610)
-
aznews.azOnlayn qumar təşkil edən 10 nəfərdən ibarət dəstə tutulub ( 21492409)
-
ucnoqta.azDövriyyəsi 10 milyon manatdan çox olan onlayn qumar oyunları təşkil edən şəbəkə ifşa olunub ( 21492376)
-
demokrat.azDİN xüsusi əməliyyat keçirdi: Çox sayda şəxs SAXLANILDI — Hadisə yerindən GÖRÜNTÜLƏR ( 21492208)
-
xalqqazeti.azKiberpolisdən növbəti əməliyyat ( 21492049)