Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2025/2026 mövsümünə start verilib.
Rekord.az xəbər verir ki, turun hər üç qarşılaşması eyni gündə keçirilib.
Günün ilk matçında "Baku Fire" son çempion "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçəyə razılaşıb.
Ardınca "Neftçi" İK debütant "Lənkəran"la qarşılaşıb və rəqibinə heç bir şans tanımayıb - 13:1.
Son görüşdə isə "Şuşa" U-19 kollektivinə 8:4 hesabı ilə qalib gəlib.
Qarşılaşmalar "Olimpik Star"da baş tutub.
Yüksək Liqa
1-ci tur
18 sentyabr
“Baku Fire” – “Araz-Naxçıvan” 2:2
Qollar: Kənan Manafov, 16:33. Fərid Abbasov, 27:22 - Luicci Lonqo, 19:50. Filipinyo, 37:48.
“Neftçi” İK – “Lənkəran” 13:1
Qollar: Lukas Dias Ramos, 0:13; 21:14. Yaqo Henrike, 3:47; 15:11. Əjdər Əjdərov, 18:15. Allef Mayolli, 20:54; 29:51; 35:10. Hadi Ahmadi, 25:28; 25:53. Mehdi Ahanqari, 26:40. Emil Həsənzadə, 33:44. Bəyoğlan Vəlizadə, 36:49-pen - Orxan Qədirov, 27:55.
U-19 – “Şuşa” 4:8
Qollar: Oqtay Mahmudzadə, 4:43. Pünhan Qasımzadə, 5:28. Fərid Kərimli, 24:56. İsmayıl Əhmədov, 31:35 - Namiq Məmmədkərimov, 1:45; 11:41. Vladislav Vorobyev, 8:58. Rüstəm Bağırov, 22:04; 31:14; 33:27; 36:56. Adil İsmayılov, 37:33.