RU

Mətbəxdə istifadə edilən bu üç əşya TƏHLÜKƏLİDİR

Harvard Universitetinin məzunu, həkim-qastrenteroloq Saurabh Seti mətbəxdə sağlamlıq üçün böyük fəsadlara səbəb ola biləcək əşyalarən adlarını açıqlayıblar.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bunlar əsasən tərəvəzlərin doğrandığı plastik taxtalar, dibləri cızılmış qazanlar və ətirli şamlardır.

Bu barədə "DailyMail" məlumat yayıb.

Həkim Seti, bıçaqların səbəb olduğu kəsiklərin qidaları mikroplastiklərlə çirkləndirə biləcəyini söyləyib. O qeyd edib ki, mikroplastiklər orqanizmdə toplanır, hormonal tarazlığı pozur və dəri problemlərindən tutmuş iltihaba və çəki dəyişikliyinə qədər çoxsaylı sağlamlıq risklərinə səbəb olur. O, daha təhlükəsiz alternativ kimi bambuk, ağac və ya şüşə lövhələri tövsiyə edir.

Seti başqa bir riskli məhsulun isə cızılmış tavalar olduğunu vurgulayıb. Burada orqanizmə davamlı kimyəvi maddələr ötürülür və xərçəng riski yaranır. O, perfluorooktanoat turşusu (PFOA) və perfluorooktansulfonik turşu (PFOS) kimi kimyəvi maddələrin hormonal sistemləri poza biləcəyi açıqlanıb. Ona görə də paslanmayan polad, çuqun və ya saf keramika qablar tövsiyə olunur.

Setinin xəbərdarlıq etdiyi üçüncü məhsul ətirli şamlardı. Mütəxəssis izah edib ki, onların əksəriyyətində parafin və hormonları pozan ftalatlar var, yandırıldıqda havaya zərərli uçucu birləşmələr buraxır. O, daha sağlam alternativ olaraq ətirsiz soya, kokos yağı və ya arı mumundan istifadə etməyi təklif edir.

Избранный
13
1
far.az

2Источники