RU

"Aston Martin"in ehtiyat sürücüsü: Bakı treki çətin, eyni zamanda ən sürətlilərdən biridir

Bakıdakı "Formula 1" treki çətin, amma eyni zamanda yarış təqvimində ən sürətlilərdən biridir.

Azreform.info xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Aston Martin" komandasının ehtiyat pilotu Stoffel Vandorn bildirib.

"Bakı həmişə xüsusi yerdir. Mən bura ilk dəfə 2017-ci ildə, "McLaren"də yarışarkən gəlmişdim. O vaxt yarışa ev sahibliyi etmək şəhər üçün böyük hadisəyə çevrilmişdi. O vaxtdan bu, əhəmiyyətli dərəcədə dəyişib: o, daha müasir, dinamik, hətta dəbdəbəli oldu - xüsusən də trasın ətrafı. Aydın görünür ki, şəhər fəal şəkildə inkişaf edir və daha çox diqqət cəlb edir, o cümlədən də "Formula1" sürücüsünün diqqətini", - belçikalı yarışçı təəssüratlarını bölüşüb.

Vandornun sözlərinə görə, Bakı treki yüksək sürət və çətin hissələrin unikal birləşməsinə malikdir.

"Bu, ən sürətli küçə traslarından biridir. Burada çox yüksək sürətlə əyləcə basılmalı zonalar var və bu, sürücüdən avtomobildə son dərəcə diqqətli və inamlı olmağı tələb edir", - o qeyd edib.

Pilot onu da vurğulayıb ki, Azərbaycan Qran-Prisi tez-tez gözlənilməzlik və çoxlu ötmələrlə xarakterizə olunur.

"Bakıda demək olar ki, həmişə həyəcanlı, hadisələrlə dolu yarışlar görürük. Burada, adətən, digər küçə traslarından daha çox ötmə olur. Bu həftəsonu da maraqlı olacağını vəd edir. Bu il hava həmişəkindən bir qədər sərindir. Görək bizi yarışda hansı sürprizlər gözləyir?!", - Vandorn əlavə edib.(Report)

Избранный
11
6
azreform.info

7Источники