ABŞ Prezidenti Donald Tramp Əfqanıstandakı Baqram aviabazasına nəzarəti bərpa etmək istədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə o, Londonda Britaniyanın baş nazir Kir Starmerlə birgə mətbuat konfransında deyib: “Biz onu geri almağa çalışırıq”.
O, ABŞ-nin Əfqanıstandan çıxarılmasına görə bir daha sabiq prezident Co Baydeni tənqid edib.
Trampa görə, ABŞ-nin ən mühüm iqtisadi və hərbi rəqibi olan Çinin yaxınlığında yerləşən Baqram aviabazasına hakim olmaq Ağ Ev üçün çox vacibdir.