RU

Rusiyada insan alveri ilə məşğul olan polis rəisi həbs edilib

Rusiyanın Kalininqrad vilayətində polis idarəsinin rəisi kriminal şəbəkələrə qoşulma, fahişəliyin təşkili və rüşvətxorluq maddələri üzrə təqsirli bilinərək həbs olunub.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın region üzrə istintaq komitəsinin məlumatında bildirilir.

İttihama görə, polis rəisi Kalininqrad vilayətində masaj salonları və bar adı altında əxlaqsızlıq yuvalarının fəaliyyətini təşkil edib.

Polis əməkdaşlarının da daxil olduğu 28 nəfərlik kriminal şəbəkəyə Rusiya Daxili İşlər Nazirliyinin Çernyaxovski Rayon İdarəsinin rəisi rəhbərlik edib.

Məhkəmə saxlanılanların barəsində həbs qətimkan tədbiri seçib.

Избранный
12
teleqraf.com

1Источники