RU

Fransada etiraz: Nəqliyyat iflic oldu, Eyfel qülləsi bağlandı - VİDEO

Fransada bu gün ölkə miqyasında kütləvi etiraz aksiyaları keçirilib.

Musavat.com xəbər verir ki, təxminən bir milyon insan küçələrə çıxaraq hökumətdən maaşların və pensiyaların artırılmasını, eləcə də dövlət xidmətlərinin qorunub saxlanmasını tələb edib.

Etirazlar səbəbindən ölkə üzrə ictimai nəqliyyatın fəaliyyəti iflic olub, paytaxt Parisdə isə turistlərin əsas ziyarət məkanlarından biri olan Eyfel qülləsi bağlanıb.

Polis etirazlar zamanı iğtişaş törətməyə cəhd edən təxminən 200 nəfəri saxlayıb. Hakimiyyət nümayəndələri vəziyyətin nəzarətdə saxlanıldığını bildiriblər. 

 

Musavat.com

Избранный
21
musavat.com

1Источники