RU

Böyük Britaniyada 15 min yeni iş yeri yaradacaq investisiya razılaşması

ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş Naziri Kir Starmer iki ölkə arasında elmi-texniki əməkdaşlıq barədə razılaşma imzalayıblar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Starmer bildirib ki, “bu gün elan edilən biznes razılaşmaları və sərmayələr əvvəllər əldə edilmiş bütün göstəriciləri üstələyir. Atlantik okeanı boyu hər iki tərəfə ümumilikdə 250 milyard funt sterlinq ($340 milyard) həcmində sərmayə axını olacaq”.

Razılaşmanın əsasını süni intellekt (Sİ) sahəsində kapital yatırımları təşkil edəcək. Buraya Nvidia Corp., Nscale, OpenAI (Alphabet Inc.-in bir hissəsi) və Salesforce Inc. kimi şirkətlərin sərmayələri daxildir. Gözlənilir ki, bu investisiyalar Böyük Britaniyada “ən müasir iş yerləri” yaradacaq və iş yerlərinin sayı 15 minə çata bilər.

Starmer bu razılaşmanı “yeni dövrdə qələbə strategiyası” adlandırıb.

Tramp da razılaşmanı müsbət qiymətləndirərək, onu “tarixi hadisə” adlandırıb və əlavə edib: “Bu misilsiz razılaşma dövlətlərimizə yeni texnoloji inqilabı birgə idarə etməyə imkan verəcək!”

Избранный
26
nocomment.az

1Источники