RU

Ağcabədidə Milli Musiqi Gününə həsr olunmuş konsert təşkil edilib

Ağcabədi, 18 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Ağcabədidəki Qarabağ Muğam Mərkəzində konsert proqramı olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dövlət qurumlarının, ictimai təşkilatların, ictimaiyyət nümayəndələrinin və musiqisevərlərin iştirakı ilə baştutan tədbirdə milli musiqimizin tarixindən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin həyatından, onun Azərbaycan musiqisinin inkişafı və dünyaya tanıdılması istiqamətindəki əvəzsiz rolundan söz açılıb.

Sonra Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı xor qrupunun rəngarəng konserti təqdim olunub. Konsertdə folklor, xalq mahnıları və eləcə də Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.

Qarabağ Regional Mədəniyyət İdarəsinin mədəniyyət müəssisələrində müvafiq tədbirlər planına uyğun olaraq Milli Musiqi Günü münasibətilə silsilə tədbirlər davam edir.

 

Избранный
5
azertag.az

1Источники