RU

Qonaq getdiyi evdə ağacdan yıxılıb xəstəxanalıq oldu

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağdaşdan Mingəçevirə qonaq gələn 68 yaşlı kişi zeytun ağacından yıxılıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. 1957-ci il təvəllüdlü Ağdaş rayon sakini Abbasov Zeynalavdı İsmayıl oğlu ağacın başında ikən müvazinətini itirərək yerə çırpılıb. Sağ bud və sol bazu sümüyü sınan, eləcə də digər bədən xəsarərləri alan yaralı kişi xəstəxanaya çatdırılıb. İlkin zəruri tibbi yardım aldıqdan sonra o, Ağdaş tibb müəssisəsinə göndərilib.

Ehtiram Muradov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
5
unikal.az

1Источники