Tədbirdə Avstriya dövlət rəsmiləri, diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və soydaşlarımız iştirak ediblər. Azərbaycanın səfiri Rövşən Sadıqbəyli Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə və ictimai həyatına böyük töhfələrindən bəhs edib.
BMT Baş katibinin müaviniQada Vali çıxış edərək “Leyli və Məcnun” operasına heyranlığını bildirib, Vyana Şəhər Parlamentinin üzvü Aslıhan Bozatemur isə şəhər rəhbərliyi adından çıxış edərək abidənin simvolik əhəmiyyətini qeyd edib.
Mədəniyyət Mərkəzinin direktor müavini Elgün Niftəli Hacıbəylinin musiqi mədəniyyətimizdə yaratdığı “ilk”lərdən danışıb və “Arşın mal alan”ın alman dilində yeni quruluşunun oktyabr-noyabrda Vyanada nümayiş olunacağını açıqlayıb.
Sonda Fərid Feyzullayev (violin) və Rodrigo Sámano (violonçel) Üzeyir Hacıbəyli, Müslüm Maqomayev və klassik bəstəkarların əsərlərini ifa ediblər.




4Источники
-
manset.azVyanada Milli Musiqi Günü qeyd olundu - FOTOLAR ( 21497467)
-
demokrat.azVyanada Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Günü qeyd olunub — FOTOLAR ( 21497266)
-
teleqraf.comVyanada Üzeyir Hacıbəylinin 140 illiyi və Milli Musiqi Günü qeyd olunub ( 21495772)
-
publika.azVyanada Üzeyir Hacıbəylinin 140 illiyi qeyd olundu ( 21495640)