RU

ABŞ-ın Əfqanistana qayıdışı gündəmdədir – Trampdan sensasion açıqlama

ABŞ hakimiyyəti Əfqanıstanda yerləşən Baqram hərbi bazasına geri dönmək üçün “Taliban” hərəkatı ilə danışıqlar aparır.

Editor.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Fox News-a açıqlamasında bildirib.

Tramp Böyük Britaniyada jurnalistlərlə görüşü zamanı sələfi Co Baydeni Əfqanistandan qoşunların tələsik çıxarılmasına görə sərt tənqid edib. O, mövzu ilə bağlı “təcili xəbər” olduğunu vurğulayaraq, Vaşinqtonun regionda yenidən hərbi iştirakını bərpa edə biləcəyinə işarə edib.

//Samir Qurbanov, Editor.az

Избранный
17
editor.az

1Источники