RU

Honkonq Mərkəzi Bankı FED in izindən gedib

Banco.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Honkonq Mərkəzi Bankı FED-in izindən gedib.

Banco.az xəbər verir ki, Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi ABŞ Mərkəzi Bankının (Fed) pul siyasəti faizini 25 baza bəndi endirməsinin ardından ABŞ dollarına bağlı məzənnə rejiminə görə göstərici faizini eyni miqdarda azaldıb.

Bölgənin de-fakto mərkəzi bankı sayılan "Hong Kong Monetary Authority" (HKMA) açıqlamasında göstərici faiz dərəcəsini 25 baza bəndi endirərək 4,5 faizə saldığını bildirib.

"HKMA" Fed-in faiz endirimi qərarını izləyərkən, Honkonqun böyük kommersiya bankları olan "HSBC", "Standard Chartered" və "Bank of China (Hong Kong)" da kredit faizlərini endirib.

Faiz qərarı "HKMA"nın bu il Fed-ə paralel olaraq etdiyi ilk endirim olub.

Xat;rladaq ki, Fed dünən uçot dərəcəsini 25 baza bəndi azaldaraq 4–4,25 faiz aralığına endirmişdi.

Məlumat üçün qeyd edək ki, Honkonq dolları 1983-cü ildən ABŞ dollarına bağlandığından, bölgə pul siyasətində Fed-in addımlarını izləyir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
banco.az

2Источники