525.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bu gün Bakı vaxtı ilə 11:41-də Yer yaxınlığından asteroid keçib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Kosmik Agentliyi məlumat yayıb.
2025 FA22 adlandırılan asteroid Yerdən 800 min km məsafədə hərəkətini davam etdirib və bunu planetin bəzi yerlərində səmada adi gözlə müşahidə etmək mümkün olub.
Qeyd edək ki, eni 129, uzunluğu 180 metr olan sözügedən asteroid hələ martda aşkarlanmışdı. O vaxt 2025 FA22-nin planetimizlə toqquşma ehtimalı yüksək hesab olunurdu.
L.Tağıyeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.