RU

Tramp: Avropa Çinə təsir etməklə Rusiyanı müharibəni dayandırmağa məcbur edə bilər

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropanın Çinlə bağlı daha qətiyyətli mövqeyi Pekini Rusiyaya təsir göstərməyə və Ukraynada müharibəni dayandırmağa sövq edə bilər.

Editor.az xəbər verir ki, “əgər Avropa Çinlə bağlı hansısa addım atsaydı, düşünürəm ki, Pekin Rusiyanı Ukraynada müharibəni dayandırmağa məcbur edə bilərdi”, – Tramp Fox News telekanalına müsahibəsində bildirib.

O həmçinin əlavə edib ki, Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski arasında münasibətlər son dərəcə gərgindir və tərəflər “bir-birini nifrətlə qarşılayır”.

//Samir Qurbanov, Editor.az

Избранный
19
editor.az

1Источники