RU

“Nine Senses Art Center”da “Hekayələrin elçiləri” adlı sərgi keçirilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 19 sentyabr, AZƏRTAC

“Nine Senses Art Center” və gənc rəssam Zeynəb Babayevanın birgə əməkdaşlığı ilə “Hekayələrin elçiləri” adlı sərgi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində satışdan əldə edilən gəlirin bir hissəsi GWARP sığınacağının xilasetmə proqramlarına və yardıma ehtiyacı olan heyvanların rifahına yönəldiləcək.

Tədbirdə çıxış edən “Nine Senses”in direktoru Natalya Jukova sərginin təşkili barədə danışarkən deyib: “Bu gün biz həm heyvanlara kömək etmək üçün vəsait toplamaq məqsədilə hərrac təşkil edirik, həm də müasir incəsənət üçün orijinal əsərlər yaradan çox istedadlı gənc rəssamın sərgisini keçiririk. Bu, saf sənətdir. Zeynəbin parlaq gələcəyi var”.

Xalq rəssamı, professor Fuad Salayev diqqətə çatdırıb ki, müəllifin əsərlərində hər heyvanın baxışını, xarakterini sevgi ilə yaratdığını görmək mümkündür. O, rəssamın yaradıcılığına dəstək verməyə hazır olduğunu qeyd edib.

“Azərxalça”nın kreativ direktoru, sənətşünas Əsmər Babayeva bildirib ki, müəllif əsərlərində heyvanların daxili dünyasını açır. Onun sözlərinə görə, Zeynəb müasir yanaşmaya sahibdir və cəsarətlə müxtəlif alətlərdən istifadə etməyi bacarır.

Sərginin müəllifi Zeynəb Babayeva AZƏRTAC-a açıqlamasında yaradıcı prosesdən danışıb: “Bu layihə uşaqlıqdan heyvanlara olan sevgimlə birbaşa bağlıdır. Həmişə itləri və pişikləri çox sevdiyim üçün böyüdükcə onlara yardım etməyi qarşıma məqsəd qoydum. Bu məqsədlə sərgi təşkil etdim ki, hazırladığım işləri sata bilim və gəlirin bir hissəsini heyvan sığınacaqlarına yönəldim. Bu vəsaitlə yemək alınacaq, müalicələr həyata keçiriləcək və ümumilikdə heyvanların rifahına dəstək veriləcək. Əsərlərimi əsasən özübərkiyən gil və polimer gillə hazırlayıram. Bundan başqa, xəz, müxtəlif parçalar və digər materiallardan da istifadə edirəm. Özübərkiyən gil 1–2 gün ərzində quruyur, polimer gil isə sobada təxminən otuz dəqiqəyə hazır olur. Adətən, özübərkiyən gili seçirəm, çünki daha praktikdir. Bir işin tam hazırlanması isə orta hesabla beş saat çəkir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
6
azertag.az

1Источники