RU

KİV: Tramp Tayvana 400 milyon dollar həcmində hərbi yardım göstərməkdən imtina edib

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Tayvana təxminən 400 milyon dollar dəyərində hərbi yardımın verilməsini təsdiqləməyib.APA xəbər verir ki, məlumatı "The Washington Post" qəzeti mənbələrə istinadla yayıb.Qeyd olunur ki, bu qərarın əsas səbəbi ABŞ-ın Çinlə ticarət sazişi bağlamaq niyyətidir.

Qəzetin məlumatına görə, Tramp administrasiyası ümumilikdə Pekinlə münasibətləri yumşaltmağa çalışır.

Ağ Evin nümayəndəsi bildirib ki, Tayvana hərbi yardımdan imtina qərarı yükun qərar deyil və gələcəkdə yenidən nəzərdən keçirilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
49
4
apa.az

5Источники