RU

Gündüz yuxusunun faydaları açıqlandı

ain.az bildirir, Lent az saytına əsaslanaraq.

Gündüz yuxusu yetkin insanların iş qabiliyyətinin və ümumi əhvalının yaxşılaşdırılması üçün faydalı ola bilər.

Lent.az xəbər verir ki, bu barədə rusiyalı somnoloq, tibb elmləri namizədi və psixiatr Yelena Kolesniçenko Gazeta.ru-ya müsahibəsində danışıb.

Həkimin sözlərinə görə, gündüz yuxusu stres səviyyəsini azaldır, diqqəti, yaddaşı və immuniteti gücləndirir:

"Gündüz yuxusu diqqəti artırır və gecə az yatdıqdan sonra yaranan yuxululuğu azalda bilər. Amma bu, tam şəkildə gecə yuxusunu əvəz edə bilməz. İnsan orqanizmi uzunmüddətli və müntəzəm tam gecə yuxusuna ehtiyac duyur".

Onun sözlərinə görə, gündüz yuxusu üçün optimal vaxt günorta saat 15:00-a qədərdir, davametmə müddəti isə 10-20 dəqiqə olmalıdır. Həkim bu saatdan sonra mürgüləməyi məsləhət görmür, çünki bu zaman gecə yuxusu ilə bağlı problemlərin yaranma ehtimalı artır.

Ekspert əlavə edib ki, gündüz yuxusundan sonra insanın özünü bitkin və çaşqın hiss etməsi halı "yuxu ətaləti" adlanır. Bu, adətən 20-30 dəqiqədən artıq yataraq dərin yuxuya keçməyin nəticəsində baş verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
2
lent.az

3Источники