RU

Azərbaycanda bazarın səhmdarı dəyişdi

“Sabunçu Bazarı” ASC öz səhmdarlarını 2025-ci il oktyabrın 28-də saat 14:00-da  keçiriləcək növbədənkənar ümumi yığıncağa dəvət edir.

FED.az xəbər verir ki, yığıncağın Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında keçirilməsi nəzərədə tutulur.

Növbədənkənar ümumi yığıncağın gündəliyi:

1. “Sabunçu Bazarı” ASC-nin əsas səhmdarının vəfatından sonra onun paylarının qanuni varisi qismində həyat yoldaşına keçməsinin təsdiqi.

2. “Sabunçu Bazarı” ASC-nin müşahidə şurasının üzvlərinin seçilməsi. Səhmdarlar növbədənkənar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10:00-dan 17:00-dək, səhmdar cəmiyyətin Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Cavad küçəsi 4 nömrəli ünvanda yerləşən inzibati binasında, səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.

Əlaqə nömrəsi: 051-491-91-1

Избранный
24
fed.az

1Источники