RU

Qələbə həsrəti çəkən millimiz 2 pillə gerilədi

FİFA milli komandalarının sentyabr ayı üçün yeni reytinq cədvəlini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya uduzan (0:5) və Ukrayna ilə heç-heçə (1:1) edən Azərbaycan komandası 1148,09 xalla 2 pillə geriləyərək, 122-ci yerdən 124-cü yerə düşüb.

Azərbaycanın ən yaxın izləyicisi Zimbabve (1133,75), bir pillə yuxarıda olan isə Malayziyadır (1148,23).

DÇ-2026-nın seçmə mərhələsində millimizin rəqiblərindən Fransa 2-ci (1870,92), Ukrayna 28-ci (1543,06), İslandiya 74-cüdür (1343,09).

FİFA reytinqinə 1875,37 xalla İspaniya başçılıq edir.

Избранный
20
sportinfo.az

1Источники