RU

Baqram aviabazasını geri almaq üçün ABŞ yenidən Əfqanıstana qoşun yeritməlidir – Reuters

ABŞ prezidenti Donald Trampın Əfqanıstandakı Baqram aviabazasını geri almaq planı Vaşinqtonu Əfqanıstana ikinci müdaxiləyə apara bilər.

Musavat.com xəbər verir ki, bu mövqeni keçmiş və indiki ABŞ rəsmiləri Reuters agentliyinə bildiriblər.

Bu mənbələrə görə, hava bazasına nəzarəti yenidən ələ keçirmək ABŞ rəhbərliyindən 10 mindən çox hərbçi və müasir hava hücumundan müdafiə sistemləri yerləşdirməyi tələb edə bilər. Nəhayət, "bu, ölkəyə ikinci işğal kimi görünə bilər".

Agentliyin mənbələri qeyd edir ki, ABŞ rəhbərliyi "Baqram aviabazasını hərbi yolla geri almağı fəal şəkildə planlaşdırmır". Hava bazası ABŞ tərəfindən geri alınsa belə, onlar deyirlər ki, "bu ərazinin ABŞ qoşunlarına qarşı raket hücumları üçün istifadəsinin qarşısını almaq üçün onun ətrafında geniş perimetri təmizləmək və saxlamaq" böyük səylər tələb edəcək.

Qeyd edək ki, daha əvvəl Britaniyanın baş naziri Kir Starmer ilə ölkə iqamətgahında keçirdiyi birgə mətbuat konfransında Tramp bəyan etmişdi ki, Amerika hökuməti Əfqanıstandakı Baqram hava bazasına nəzarəti geri almağa çalışır. Tramp bunun səbəblərindən birinin bazanın "Çinin nüvə silahlarını istehsal etdiyi yerdən cəmi bir saatlıq uçuş məsafəsində yerləşməsi" olduğunu bildirib.

2001-ci ildən 2021-ci ilə qədər Baqram aerodromu Əfqanıstanda ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın ən böyük bazası olub. 2021-ci il iyulun 1-də amerikalılar aviabazanı tərk ediblər, avqustun 15-də isə o radikal Taliban hərəkatının nəzarəti altına keçib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
50
1
olaylar.az

2Источники