RU

Premyer Liqa: “Karvan” “İmişli”yə, “Zirə” “Şamaxı”ya qarşı

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün 5-ci turuna start veriləcək.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Turun açılış matçında “Karvan” “İmişli” ilə üz-üzə gələcəklər. Çempionatımızın debütantları Şamaxıda qarşılaşacaqlar. Oyunu Elvin Bayramov idarə edəcək.

Günün digər oyunu “Zirə” ilə “Şamaxı” arasında keçiriləcək. Zirədə baş tutacaq oyunun baş hakimi Cavid Cəlilov olacaq.

Premyer Liqa
5-ci tur

19 sentyabr

16:00. “Karvan” – “İmişli”
Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namik Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Şamaxı şəhər stadionu.

18:30. “Zirə” – “Şamaxı”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli.
VAR: Rauf Cabbarov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Zirə İdman Kompleksinin stadionu.

20 sentyabr

17:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Şirmamed Mamedov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ şəhər stadionu.

19:30. “Sabah” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov.
VAR: Rəşad Əhmədov.
AVAR: Əli Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Masazır Arena”.

21 sentyabr

17:00. “Araz-Naxçıvan” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Fərid Hacıyev.
AVAR: Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Mərdəkan. “Dalğa Arena”.

19:30. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Tural Qurbanov.
AVAR: Asiman Əzizli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abasov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

error: Məzmun qorunur!
Избранный
31
13
arena.az

10Источники