RU

Haaland “Barselona“ya keçə bilər

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

"Yeni Sabah" xəbər verir ki, "Barselona" norveçli futbolçunu transfer etmək istəyir. Bu barədə "El Nacional" məlumat yayıb.

İspaniya çempionu Haalandı gələn ilin yayında heyətinə qatmağı planlaşdırır. İngiltərə klubu 25 yaşlı forvard üçün 100 milyon avro tələb edəcək. Dominos pizza

Qeyd edək ki, "Mançester Siti" Erlinq Haalandı 2022-ci ilin yayında Dortmund "Borussiya"sından transfer edib. Norveç millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 8 rəsmi matçda 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 


Telegram kanalımız
Избранный
28
1
yenisabah.az

3Источники