RU

Şagird məktəbə telefonla gələ bilər – bir şərtlə

Artıq şagirdlər təhsil gedişatında mobil telefondan istifadə edə bilməyəcəklər. Bu qayda bütün tam orta təhsil müəssisələrində tətbiq olunur və düşünürəm ki, çox doğru addımdır.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi şagirdlərin davranış qaydalarına edilən dəyişikliklərdən danışarkən deyib.

Valideynlərin övladları ilə əlaqə saxlamaq imkanlarına toxunan Elçin Əfəndi qeyd edib ki, bunun üçün məktəblərdə kifayət qədər alternativlər mövcuddur:

“Valideynlərin övladları ilə hər hansı təcili vəziyyətdə əlaqə saxlamaq məsələsinə gəldikdə isə təhsil müəssisəsində şəhər telefonu var, həmçinin müəllimlərdə, sinif rəhbərlərində və məktəb rəhbərliyində mobil telefon mövcuddur. Hər hansı fors-major hal yarandıqda onlar valideynlə əlaqə saxlaya bilirlər. Əgər təcili və təxirəsalınmaz hal yoxdursa, valideynin övladını dərs vaxtı axtarmasına ehtiyac yoxdur. Telefonların şagirdlər üzərində daşınmasına imkan vermək yalnız dərsdən yayınmalara, sosial şəbəkələrdə vaxt itkilərinə səbəb olur. Mobil telefondan istifadə şagirdlərin elmi bilik və bacarıqlarına mənfi yöndən təsir göstərir. Çünki alətdən istifadəni fərqli istiqamətə yönəldirlər, dərs isə kənarda qalır. Ona görə də bu qadağa həm dərs zamanı, həm də məktəbin bütün ərazisində keçərli olmalıdır”.

Əfəndi hesab edir ki, məktəblərdə bu qaydaların həm ədalətli, həm də praktik icrası üçün ən uyğun mexanizm dərs başlanarkən telefonların toplanması, dərs bitdikdən sonra isə geri qaytarılmasıdır:

“Şagird məktəbə telefonla gələ bilər, bu problem deyil. Amma məktəbə daxil olan kimi telefonunu təqdim etməli, yalnız dərsdən çıxdıqdan sonra geri almalıdır. Bu qərar şagirdlərin bilik və bacarıqlarına mühüm töhfə verəcək”.

Избранный
13
4
konkret.az

5Источники