Tribuna İnformasiya Agentliyinin Tribunainfo.az saytında 16 aprel 2025-ci il tarixində yayımlanan “Access və Azer Türk Bank batır: Biri 40 faiz, digəri 52 faiz pul itirib” başlıqlı məqalənin həqiqəti əks etdirmədiyini açıqlayır.
Tribunainfo.az bildirir ki, sözügedən məqalədə yer alan məlumatlar doğru deyil və buna görə “Azər-Türk Bank” ASC-dən, eləcə də oxuculardan üzr istəyir.
Eyni zamanda bildiririk ki, həmin məqalə saytdan tam şəkildə çıxarılmışdır.