RU

“Neftçi”ni “Qarabağ”a dəyişən forvard qazanacağı pulu bilsəz…

Ramil Şeydayevin "Qarabağ"a dönüşü gerçəkləşdi.

Ağdam təmsilçisi ilə hücumçu arasında 1 illik müqavilə imzalandı.

Millinin 29 yaşlı üzvü 77 nömrəli formanı geyinəcək.

Ramil 2017-2018 və 2021-2023-cü illərdə də “Qarabağ”da çıxış edib. O, burada 3 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb. 2022/23 mövsümündə 22 qolla Premyer Liqanın bombardiri adına sahib olub.

Azərbaycan millisində keçirdiyi 69 oyunda 10 qol vuran forvard karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.

“Zenit“in yetirməsi köhnə-yeni komandasına azad agent statusu ilə dönüb. Son 1 ildə şərəfini qoruduğu “Neftçi“dən 6 aylıq təzminat qarşılığında ayrılan ön xətt oyunçusu “köhlən atlar“dan böyük miqdarda pul almayacaq.

Əvvəlki klubunda illik qazancı 550 min dollar olan forvard “Qarabağ“da bundan hardasa 3 dəfə az gəlir əldə edəcək. Onun bu 1 ildə ümumi maaşı 200 min dolları keçməyəcək.

"Qarabağ" bunadək altı legioneri - Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae, Joni Montiel və Kamilo Duranı heyətinə qatıb.

SPORTİNFO.AZ

Избранный
15
1
sportinfo.az

10Источники