RU

Yüzlərlə magistr ÖDƏNİŞSİZ təhsil hüququ qazandı

2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməmiş qalıb. 

Bu barədə News24.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavrlar arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilmişdir.

Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 804 tələbə ödənişsiz təhsil almaq hüququ əldə etmişdir. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilmişdir. Bundan əlavə, həmin tələbələrin “Şəxsi kabinet” lərində qeyd olunmuş mobil telefon nömrələrinə də bu haqda məlumat göndərilmişdir.

Magistratura səviyyəsinə ödənişli əsaslarla qəbul olunmuş və əlavə müsabiqə nəticəsində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazanmış tələbələrin saylarının ali təhsil müəssisələri üzrə paylanması ilə linkə keçid edərək tanış ola bilərsiniz. 


Избранный
86
38
news24.az

10Источники