RU

Ukrayna Rusiya ordusunun logistika mərkəzinə zərbə endirdi

BAKI, 19 sentyabr. TELEQRAF

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində yerləşən 810-cu ayrıca dəniz piyada briqadasının logistika mərkəzinə zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədəXüsusi Əməliyyat Qüvvələrinin Komandanlığı məlumat yayıb.

Bildirilir ki,əməliyyat sentyabrın 18-nə keçən gecə həyata keçirilib. Zərbə nəticəsində sursat anbarları, maddi-texniki təminat bazası, həmçinin düşmənin silah və hərbi texnikasının gizli yerləşdiyi məntəqə məhv edilib.

Qeyd olunub ki, Rusiya ordusunun 810-cu dəniz piyada briqadası müvəqqəti olaraq işğal edilmiş Sevastopolda yerləşdirilib və hazırda Şimal-Slobojan istiqamətində hücum əməliyyatlarında fəal iştirak edir.

Избранный
10
1
teleqraf.com

2Источники