RU

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin mənfur düşməndən azad olunması tarixi addım idi

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

44-günlük Vətən müharibəsində əldə edilən Zəfərin davamı olaraq Qarabağda lokal anti-terror tədbirlərinin keçirilməsi nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Qısa müddət ərzində 406 kvadratkilometr ərazimiz düşməndən təmizləndi.

Uğurlu əməliyyat nəticəsində qarşı tərəfin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi, 1731 müxtəlif döyüş texnikası ələ keçirildi. Marionet separatçı rejimin cinayətkar fəaliyyətinə son qoyularaq, ölkənin bütöv ərazisində konstitusiya-hüquq nizamı bərpa edildi. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bütün dünyaya nümayiş edtridi ki, ölkəmiz Cənubi Qafqaz regionunun ən güdrətli ölkəsidir. 

Dövlət Başçısının 18 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, 20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilərək, Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə böyük Qələbə qazanmasını təsdiq etdi. Hal-hazırda digər ərazilərimizdə olduğu kimi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində irimiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir və burada həyat öz nörmal məcrasına dönür. Tarixə qovuşan işğal nəticəsində döğma torpaqlarını tərk etmiş insanların öz yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I-ci Dövlət Proqramı"nın icrasının nəticəsində artıq Xankəndi, Ağdərə və Xocalı şəhərlərinə məcburi köçkünlərin qayıdışı müvəffəqiyyətlə təmin olunur.

Nizami Səfərov,

Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
13
4
news.milli.az

5Источники