RU

AYİB layihə portfelini yeniləyib

Bank indiyədək ölkəmizdə 200 maliyyələşdirməyə 3,7 milyard avro yönəldib

Bu il avqustun 31-nə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Azərbaycandakı cari kredit portfelinin dəyəri 954 milyon avroya çatıb. Kredit portfelinin 38 faizi özəl sektorun payına düşür. Hazırda bankın ölkəmizdə 35 layihəsi fəal icra mərhələsindədir.

AYİB-in açıqlamasına əsasən, cari portfelin əsas hissəsi – 848 milyon avrosu və ya 89 faizi davamlı infrastrukturun inkişafına, 57 milyon avrosu və ya 6 faizi maliyyə institutlarına, 49 milyon avrosu və ya 5 faizi isə korporativ sektora yönəldilib. Bankın ölkədəki əməliyyat aktivlərinin dəyəri hazırda 31-nə 697 milyon avrodur.

Qeyd edək ki, 2024-cü ildə AYİB ölkəmizdə 8 layihənin maliyyələşdirilməsi üçün ümumilikdə, 199 milyon avro kredit ayırıb. Bu isə əvvəlki illə müqayisədə 43 milyon avro və ya 27,6 faiz çoxdur. Ümumilikdə, ötən müddətdə bank Azərbaycanda 200 layihənin həyata keçirilməsinə 3 milyard 673 milyon avro yatırıb.

XQ

Избранный
39
xalqqazeti.az

1Источники