RU

Milli Məclisdə Suverenlik Günü konfransı keçirilir

Milli Məclisdə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr olunmuş konfrans keçirilir.Metbuat.az xəbər verir ki, tədbirdə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov sədrlik edir. Konfransda Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, parlamentin komitə və komissiya sədrləri, sədr müavinləri, Milli Məclis Aparatının nümayəndələri və aidiyyəti qurumların rəhbərləri iştirak edirlər.Deputatlar Dövlət Suverenliyi Gününə həsr olunmuş məruzələrlə çıxış edirlər.

Qeyd edək ki, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günüdür.

Избранный
19
28
metbuat.az

10Источники