RU

Taliban Əfqanıstanda qadın müəlliflərin kitablarını qadağan edib

Ajans.az BBC-ə istinadən xəbər verir ki,qadağaya məruz qalan 680 kitab arasında qadın müəlliflərə məxsus təxminən 140 nəşr də yer alır. Bu kitablar arasında “Kimya Laboratoriyasında Təhlükəsizlik” kimi elmi materiallar da var. Taliban rəsmilərinin bildirdiyinə görə, bu kitablar “anti-şəriət” və “sistemin siyasəti ilə ziddiyyət təşkil edən” məzmun daşıdığı üçün tədris prosesindən çıxarılıb. Hökumət əlavə olaraq universitetlərdə 18 fənnin tədrisinə də qadağa qoyub. Qadağan olunan fənlərdən altısı birbaşa qadınlarla əlaqəlidir – o cümlədən Gender və İnkişaf, Qadının Ünsiyyətdə Roluvə Qadın Sosiologiyası.

Bu addım Talibanın 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra qadınlara qarşı tətbiq etdiyi məhdudiyyətlərin davamı kimi qiymətləndirilir. Son illərdə qadınların ictimai və təhsil sahələrində iştirakı ciddi şəkildə məhdudlaşdırılıb. Qızların altıncı sinifdən sonra təhsil almasına qoyulan qadağa hələ də qüvvədədir, və 2024-cü ilin sonunda mamalıq kurslarının da səssizcə bağlanması ilə qadınlar üçün əlavə təhsil imkanları daha da azalıb.
Eyni zamanda, bu həftə Talibanın ali liderinin əmri ilə ölkənin ən azı 10 əyalətində fiber-optik internet xidmətləri də dayandırılıb. Taliban hökuməti beynəlxalq tənqidlərə baxmayaraq, tətbiq etdiyi məhdudiyyətləri İslam qanunlarının öz şərhləri və Əfqan mədəniyyəti ilə əsaslandırır. Hökumət qadınların hüquqlarına “hörmət etdiyini” bəyan etsə də, faktiki vəziyyət qadınların ictimai həyatdan sistematik şəkildə uzaqlaşdırıldığını göstərir.

Избранный
26
Ajans.az

1Источники