RU

Sumqayıtın qaz təchizatında fasilə olacaq

Bu gün saat 11:00-dan etibarən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində aparılan təmir işləri ilə əlaqədar 750 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Qaz təchizatının təmir işlərindən sonra bərpa olunacağı bildirilib.

Избранный
17
14
ikisahil.az

10Источники