RU

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin mənfur düşməndən azad olunması tarixi addım idi » AzadMedia.az


Nizami Səfərov,
Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


44-günlük Vətən müharibəsində əldə edilən Zəfərin davamı olaraq Qarabağda lokal anti-terror tədbirlərinin keçirilməsi nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu.

Qısa müddət ərzində 406 kvadratkilometr ərazimiz düşməndən təmizləndi.

Uğurlu əməliyyat nəticəsində qarşı tərəfin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi, 1731 müxtəlif döyüş texnikası ələ keçirildi.

Marionet separatçı rejimin cinayətkar fəaliyyətinə son qoyularaq, ölkənin bütöv ərazisində konstitusiya-hüquq nizamı bərpa edildi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltması bütün dünyaya nümayiş edtridi ki, ölkəmiz Cənubi Qafqaz regionunun ən güdrətli ölkəsidir.

Dövlət Başçısının 18 sentyabr 2024-cü il tarixində imzaladığı Sərəncama əsasən, 20 sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilərək, Azərbaycanın həm döyüş meydanında, həm də siyasi müstəvidə böyük Qələbə qazanmasını təsdiq etdi. Hal-hazırda digər ərazilərimizdə olduğu kimi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində irimiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir və burada həyat öz nörmal məcrasına dönür. Tarixə qovuşan işğal nəticəsində döğma torpaqlarını tərk etmiş insanların öz yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I-ci Dövlət Proqramı”nın icrasının nəticəsində artıq Xankəndi, Ağdərə və Xocalı şəhərlərinə məcburi köçkünlərin qayıdışı müvəffəqiyyətlə təmin olunur.
Избранный
5
4
azadmedia.az

5Источники