RU

Antiterror əməliyyatında şəhidlik zirvəsinə ucalan gənc OĞULLAR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 2 il ötür.

Antiterror əməliyyatı zamanı həlak olanlar arasında gənclər də olub. Onların arasında ən gənc döyüşçünün 2005-ci ildə anadan olduğu qeyd olunur.

AzEdu.az antiterror əməliyyatında şəhidlik zirvəsinə ucalan gənc şəhidlərin adlarını təqdim edir:

2005-ci il təvəllüdlü şəhidlərdən Əliyev Fərid Tofiq oğlu, Beydiyev Röyal Nəsib oğlu, Eynəliyev Samrad İkram oğlu, Eyyubov Murad Bəxtiyar oğlu, Ələkbərov Ramal Elnur oğlu, İsmiyev Zeynal Mustafa oğlu, Qasımzadə İnqlab Füzuli oğlu, Mehtiyev Şəhriyar Mübariz oğlu, Səfərov Cavid Rövşən oğluSəfərov Gökhan İlqar oğlu olub.

2004-cü ildə dünyaya gələn qəhrəmanlarımız Abbasov Mehti Əmrah oğlu, Abuşov Habil Qulam oğlu, Ağaxanov Osman Qədim oğlu, Axundov Murad Xıdır oğlu, Cəfərov Rəvan Məhəmmədəli oğlu, Cəlilov Devid Raufoviç, Dünyamalıyev İslam Teymur oğlu, Əhədov Eltac Əjdər oğlu, Ələmmədov Xanbaba Ceyhun oğlu, Həmidov Şamxal Musa oğlu, Həsənli Ərzulla Mübariz oğlu, Həsənov Amin İlqar oğlu, İdrisov Bəxtiyar İxtiyar oğlu, Mikayılov Ülvi Bəhruz oğlu, Mirzəyev Əlmirzə Ağamirzə oğluMirzəyev Sənan Vüqar oğlu siyahıda yer alır.

2003-cü ildə dünyaya göz açan şəhidlərimiz isə Canbaxışov Xəyal Xeyrulla oğlu, Heybətov Serqey Ramin oğlu, Məhərrəmov Cavad Sadiq oğlu, Qafarov Savalan İsfəndiyar oğlu, Süleymanlı Nail Səfər oğlu, Süleymanov Elmət Rafiq oğludur.

2002-ci ildə doğulan qəhrəmanlarımız Ağayev Kənan Vahid oğlu, Əlişanov Ağami Mehman oğlu, Əliyev Altun Tağı oğlu, Həsənov Emral Vüqar oğlu, Hüseynov Səbuhi Məhbub oğlu və Mirzəzadə Mirzəəli Kamran oğlu gənc yaşlarından döyüş meydanında Vətənin müdafiəsində iştirak ediblər.

2001-ci il təvəllüdlü şəhidlər arasında Qasımov Cahan Xəqani oğlu, Salmanov Elçin Habil oğlu, Məmmədhəsənov Qasim Bilal oğlu və Şəhriyarov Vüsal Təbiyyət oğlu da yer alıb.

2000-ci il doğumlu qəhrəmanlarımız Bayramov Davud Şamil oğlu, Hüseynzadə Ramazan Həmdulla oğlu, Xankişiyev Elşən Elşad oğlu, İsayev İsmayıl Çərkəz oğlu, Qədirov Amid Qurban oğlu, Məmmədov Samir Aqil oğlu, Məmmədov Tural Süleyman oğlu və Yusibli Nofəl Yusib oğludur.

Vətən sizi unutmayacaq!
Ruhunuz şad, məkanınız cənnət olsun, əziz şəhidlər!

Избранный
8
azedu.az

1Источники