RU

Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının proqramlarını açıqlandı

2026-cı ildə ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramları (Azərbaycan və rus dillərində) açıqlanıb.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki,ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarında ötənilki imtahan modelləri (o cümlədən xarici dil fənləri üzrə) tətbiq ediləcək.

" Ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili) imtahanında ötənilki imtahan modeli tətbiq ediləcək.Hər iki təhsil. Hər iki təhsil səviyyəsi üzrə təqdim edilmiş proqramlar, həmçinin imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahanların modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında dərc olunacaq",- məlumatda qeyd olunub.

Избранный
31
10
teleqraf.com

3Источники