RU

Məktəbə gedən bacı-qardaşı maşın vurub öldürdü

Lənkəran rayonunda avtomobil məktəbə gedən bacı-qardaşı vuraraq öldürüb.

Musavat.com unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şovu kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobil məktəbə gedən Gülay Əlizadə və onun qardaşı Ramid Əliyevi vurub.

Onların hər ikisi ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
69
31
musavat.com

10Источники