Süni intellektin hüquqi sistemdə istifadəsi artıq reallığa çevrilir və bu texnologiyadan müsbət şəkildə faydalanmaq gələcək üçün strateji əhəmiyyət daşıyır. Bu fikirləri Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Konstitusiya və Suverenlik İli" çərçivəsində Milli Məclisdə keçirilən Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda səsləndirib.
Abdullayev bildirib ki, artıq bəzi ölkələrdə süni intellektin rəyi hüquqi sübut kimi tanınır. Onun sözlərinə görə, Qazaxıstanda süni intellektin verdiyi rəy məhkəmə tərəfindən sübut kimi qəbul edilib və təsdiqlənib.
“Süni intellektin inkişafı dayanmayacaq və biz bu prosesi düzgün istiqamətə yönəltməliyik,” – o qeyd edib.
Dünya üzrə süni intellektin məhkəmə sistemlərində tətbiqi tendensiyası güclənməkdədir – 2025-ci ilə qədər bu texnologiyanın 40-dan çox ölkənin ədliyyə sistemində pilot layihə formasında sınaqdan keçirilməsi planlaşdırılır.
Gülnar Nazimqızı