ABŞ-nin hərbi qüvvələrinin Əfqanıstana qayıtması mümkündür…
ABŞ prezidenti Donald Trampın Bagram hərbi bazasını yenidən istifadə etmək planı ölkəyə mümkün təkrar müdaxilə kimi qiymətləndirilə bilər.
Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.
Mənbələrin verdiyi məlumata görə, bu planın reallaşması üçün Əfqanıstanda 10 000-dən çox ABŞ hərbçisinin yerləşdirilməsi və müasir hava hücumundan müdafiə sistemlərinin quraşdırılması tələb oluna bilər.
Reuters qeyd edi ki, azırda ABŞ bu bazaya hərbi qayıdışla bağlı aktiv planlaşdırma aparmır. Xatırladaq ki, Bağram bazası 2021-ci ildə qoşunların çıxarılması zamanı ABŞ tərəfindən tərk edilmişdi.
Ekspertlərin qeyd etdiyinə görə, bazanı Əfqanıstan daxilindəki terror qruplaşmalarından qorumaq zərurəti olacaq və eyni zamanda baza İran tərəfdən mümkün raket təhdidlərinə qarşı da həssasdır.
Poliqon.info