RU

Konstitusiya Məhkəməsinin sədri: Suverenlik istənilən xalqın ən böyük arzusudur

“Suverenlik istənilən xalqın ən böyük arzusu, niyyətidir. Konstitusiya və Suverenlik ili təkcə rəmzi xarakter daşımır, böyük zəfərimizin 5 illiyi və Konstitusiyamızın 30 illiyidir”.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda çıxışı zamanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib.

O bildirib ki, Ulu Öndər Heydər Əliyev hələ sovetlər birliyi dövründə Azərbaycan üçün çox böyük işlər görüb: “Azərbaycanda irihəcmli müəssisələr, beş böyük ali təhsil müəssisəsi açılmışdı. O, çox yaxşı anlayırdı ki, Azərbaycanın gələcəyi özünü dərk edən, vətənpərvərlik ruhunda gənclərin böyüməsindən, təhsildən asılıdır".

F.Abdullayev vurğulayıb ki, Azərbaycanın Konstitusiyası olmayan zamanda ölkə sovetdənqalma qanunlarla idarə edilirdi: "Ona görə də Konstitusiyanın hazırlanması və qəbulu vacib idi. Heydər Əliyev o zaman da qeyd etmişdi ki, bu sənəd uzunmüddətli olmalı, insan hüquq və azadlıqlarına dair bütün vacib məqamları özündə əks etdirməlidir".

O əlavə edib ki, keçmişə dəyər verməklə diqqətimizi gələcək inkişafa yönəltməliyik. “Arzumuz odur ki, Azərbaycan müstəqil dövlət kimi dünya birliyində qabaqcıl dövlətlərdən olsun", - deyə F.Abdullayev bildirib.

Mürtəza

Избранный
51
olke.az

1Источники