RU

Böyük Britaniyada casusluq etmək istəyənlər üçün xüsusi mesajlaşma platforması

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Böyük Britaniya adına casusluq etmək istəyən şəxslərin öz kimliklərini gizli saxlayaraq MI6 (Böyük Britaniya Xarici Kəşfiyyat Xidməti) ilə təhlükəsiz şəkildə əlaqə saxlaya biləcəkləri yeni mesajlaşma platformasının — “Səssiz Kuryer”in fəaliyyətə başladığı bildirilib.

Bizimyol.info xəbər verir ki, bu barədə İngiltərə Xarici İşlər Nazirliyi tərəfindən yayımlanan açıqlamada bildirilib.

Qeyd olunur ki, terrorizm və İngiltərəyə qarşı düşmən mövqelər barədə məlumat vermək istəyən şəxslər bu platformadan istifadə edə bilərlər. Platformanın necə işlədiyinə dair təlimatların isə MI6-nın rəsmi "YouTube" kanalında yayımlanan video vasitəsilə ictimaiyyətə təqdim olunacağı bildirilib.

Açıqlamada həmçinin qeyd edilib ki, bu sistem xüsusilə “Rusiya və dünyanın müxtəlif ölkələrində potensial agentlər” üçün nəzərdə tutulub. Məlumat vermək istəyən şəxslərə xüsusi brauzer yükləmək, etibarlı VPN istifadə etmək və özlərinə məxsus olmayan telefon vasitəsilə əlaqə yaratmaq tövsiyə olunur.

MI6 rəhbəri Sir Riçard Murun “Səssiz Kuryer” platformasını bu gün İstanbulda rəsmi şəkildə təqdim edəcəyi qeyd olunub. Bildirilib ki, MI6 ilk dəfə olaraq rəsmi şəkildə “dark web” mühitində öz varlığını quraraq, yeni agentlərin cəlb olunması və ölkənin təhlükəsizliyini təhdid edən qüvvələrlə mübarizə sahəsində fəaliyyətini genişləndirir.

Nazirliyin açıqlamasında, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) də bənzər bir platformaya sahib olduğu və bu istiqamətdə ABŞ ilə Böyük Britaniya arasında "Google" şirkəti vasitəsilə təhlükəsiz kommunikasiya tərəfdaşlığı qurulduğu da diqqətə çatdırılıb.

İngiltərə Xarici İşlər naziri Yvette Kooper isə məsələ ilə bağlı fikirlərini belə ifadə edib: “Dünya dəyişdikcə, qarşılaşdığımız təhlükələr də müxtəlifləşir. İngiltərənin düşmənlərindən bir addım öndə olmasını təmin etməliyik. Bu səbəblə, kəşfiyyat qurumlarımızı son texnologiyalarla dəstəkləyirik. Bu da MI6-ya həm Rusiyada, həm də dünyada yeni casuslar tapmaq imkanı verəcək”.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
60
bizimyol.info

1Источники