RU

Tramp Çinlə “alverə” hazırlaşır Tayvandan imtina etdi

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Prezidenti Donald Tramp bu yay Tayvana 400 milyon dollardan çox hərbi yardımı təsdiqləməkdən imtina edib.

Axar.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, imtina Trampın ticarət sazişi və Çin lideri Szinpinlə mümkün zirvə görüşünü müzakirə etmək cəhdi ilə bağlıdır:

“Qərar Çinin öz ərazisi hesab etdiyi Tayvana münasibətdə ABŞ-ın siyasətində dönüşü göstərir”.

Qeyd olunub ki, hərbi paketin dəyəri 400 milyon dollardan çox olacaqdı və döyüş sursatları, avtonom dronlar da daxil olmaqla, Tayvana edilən əvvəlki yardımlardan “daha ölümcül” hesab olunurdu.

“Tayvan ümumi dəyəri milyardlarla dollara çata bilən yeni silah partiyası üçün ödəniş etməyi planlaşdırır. Bu məqsədlə hazırda adanın hakimiyyət orqanları tərəfindən fəal müzakirə olunan əlavə müdafiə xərcləri haqqında qanun layihəsi qəbul ediləcək. Paket demək olar ki, yalnız PUA-lar, raketlər və adaların sahil zolağının monitorinqi üçün sensorlar kimi “asimmetrik” avadanlıqlardan ibarət olacaq. Bununla belə, bu cür yeni nəsil silahların çatdırılması illər çəkə bilər. Tayvan artıq milyardlarla dollarlıq silah, o cümlədən F-16 qırıcıları və “Harpoon” gəmi əleyhinə raketlər gözləyir”, - məlumatda bildirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
28
1
axar.az

2Источники