RU

Mabel Matizin mahnısına qadağa: Daxili İşlər Nazirliyi cinayət işi qaldırdı

Mabel Matizin mahnısına qadağa: Daxili İşlər Nazirliyi cinayət işi qaldırdıMəşhur müğənni Mabel Matizin "Perperişan" adlı mahnısına məhkəmə qərarı ilə qadağan olunub.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Ailə və Sosial Siyasətlər Nazirliyi sözügedən mahnının ictimai dəyərlərə zidd olduğunu bildirərək, mahnıya girişin məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmişdi. Ankara Növbətçi Sulh Cəza Hakimliyi də müraciəti qəbul edərək mahnını "ictimai asayişə və ailə quruluşuna zidd" hesab edib və bloklama qərarı verib.

Ardınca Daxili İşlər Nazirliyi açıqlama yayaraq, "Türk Cəza Qanununun 226-cı maddəsi çərçivəsində Mabel Matiz barəsində İstanbul Respublika Baş Prokurorluğuna cinayət işi qaldırılıb" – deyə məlumat verib.

Qərardan sonra açıqlama edən Matiz isə bunları deyib:

"Yazı üslubumla ortaya çıxan əsərdə hər kəs, hər dinləyən özünə aid şəxsi mənalar tapa bilər. Sənətin və ədəbiyyatın ən gözəl tərəfi də budur. Ən qədim mədəni dəyərlərimiz arasında olan ‘ozanlıq’ ruhuna uyğun olaraq, mən də bunun şahidi və ya anlatıcısı ola bilərəm. Sonda isə inanmaq istəyirəm ki, cəmiyyətimizin nizamı və sağlamlığı bir mahnı ilə pozulacaq qədər zəif deyil."

Избранный
35
sonxeber.az

1Источники