RU

Bakı Şəhər Halqasının təşəbbüsü: Qrossmeyster Teymur Rəcəbov Ferrari pilotları ilə şahmat taxtasında görüşdü!

Bakı
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 ərəfəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşəbbüsü ilə idman və mədəniyyətin qovuşduğu unikal bir layihə həyata keçirildi. 1news.az xəbər verir ki, Azərbaycanın dünya şöhrətli şahmat ustası, FIDE Dünya Kubokunun qalibi, şahmat üzrə qrossmeyster Teymur Rəcəbov Ferrari komandasının ulduz pilotları – Lewis Hamilton və Şarl Lekler ilə dostluq oyunu keçirdi.
Bu eksklüziv görüş Azərbaycan Qran Prisi 2025 ərəfəsində Bakı Şəhər Halqasının Paddock ərazisində baş tutdu. Layihə şahmatın strateji düşüncə və intellektual gücü ilə Formula 1-in sürət və texnologiyaya əsaslanan dünyasını bir araya gətirərək iki idman növünün ortaq dəyərlərini – dəqiqlik, diqqət və taktikanı – ön plana çıxardı. Oyunun sonunda qrossmeyster Teymur Rəcəbov pilotlara Azərbaycan xalçaçılıq sənətinin incəliklərini və şahmat mədəniyyətini özündə birləşdirən xüsusi hazırlanmış xalçaları təqdim etdi. Bu simvolik hədiyyə həm qədim ənənələrin, həm də müasir yaradıcılığın parlaq təcəssümü kimi qlobal auditoriyaya təqdim olundu. Görüşdən hazırlanmış video artıq Scuderia Ferrari-nin rəsmi “Instagram” səhifəsində paylaşılaraq milyonlarla azarkeşə təqdim olunub və beynəlxalq auditoriya tərəfindən böyük maraqla izlənilir.
Избранный
29
5
1news.az

6Источники