RU

Aqil Nəbiyev: “U-15 millimiz gələcəyə ümid verir”

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-15) baş məşqçisi Aqil Nəbiyev AFFA-nın rəsmi saytına açıqlama verib.

Arena.az xəbər verir ki, U-15 millimiz ötən gün Bakıda toplanışda olan Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoxlama oyununa çıxıb.

Aqil Nəbiyev 3:1 hesabıyla qalib gəldikləri oyundan sonra AFFA-nın mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bu kollektiv ilk dəfə təlim-məşq toplanışına yığışmışdı. Rəqib isə yeddinci dəfə idi bir araya gəlirdi. Hər iki oyun bizim üstünlüyümüz şəraitində keçdi. Düzgün təhlillər və çalışmalar nəticəsində ikinci matçda qələbə qazandıq”.

Baş məşqçi U-15 millidəki futbolçuların potensiallarının böyük olduğunu deyib:

“Uşaqları tanımaq üçün zaman lazımdır. Potensiallı oyunçulardır, ancaq fiziki durumla bağlı ciddi problemləri var idi. Millidə isə bunun üzərində çox çalışmaq imkanımız olmur. Çünki cəmi üç məşqdən sonra oyuna çıxmışdıq. Sırf taktiki tapşırıqlara üstünlük veririk. Komandamız gələcəyə ümid verir. Hazırlıqların, beynəlxalq oyunların sayı nə qədər çox olsa, istər bu kollektivlə, istərsə də U-16 və U-17 millimizlə daha böyük işlər görmək olar”.

Qeyd edək ki, millimiz Monteneqro ilə ilk oyunda 0:0 hesablı heç-heçə edib, ikinci görüşdə 3:1 hesablı qələbə qazanıb.

error: Məzmun qorunur!
Избранный
13
15
arena.az

10Источники