RU

66 yaşlı nənə gözəllik müsabiqəsinin finalına çıxdı – FOTO

Yaponiyada keçirilən gözəllik müsabiqəsinə “Miss Universe Japan”n finalına 66 yaşlı nənə vəsiqə qazanıb.
Heftelik.az milli.az-a istinadla xəbər verir ki, bu barədə Mothership nəşri məlumat yayıb.
Tokiodan olan Dzunko Sakai üç övlad anası və üç nəvənin nənəsidir. O, ölkənin ən gözəl 42 qadını arasına düşərək yarışmanın finalına yüksəlib.
Sakai 30 ildir ki, evdar qadındır. O, “Miss Universe”də yaş məhdudiyyətlərinin ləğv edildiyini öyrəndikdən sonra özünü müsabiqədə sınamaq qərarına gəlib.
Yaşlı iştirakçı əvvəlcə digər rəqiblərinin ona laqeyd və ya soyuq münasibət göstərəcəyindən ehtiyat edib. Lakin onun sözlərinə görə, bütün iştirakçılar ona müsbət münasibət göstərib, bu da Sakaini çox sevindirib.
Müsabiqə ərzində o, bəzən rəqs hərəkətlərini və çıxış mətni unutsa da, təşkilatçılar ona müəyyən güzəştlər ediblər. Belə ki, Sakaiyə bikini əvəzinə qapalı mayoda səhnəyə çıxmağa icazə verilib. Bununla belə, ona corab geyinmək qadağan olunub.
Müsabiqənin qalibi 21 yaşlı Kaori Haşimoto seçilib. Amma, Dzunko Sakai “Miss Konqenialiti”, yəni ən mehriban və qayğıkeş iştirakçı mükafatına layiq görülüb. O, çıxışında yaşlı yaponları təmsil edə bildiyi üçün qürur duyduğunu bildirib:
Xatırladaq ki, 2024-cü ilin mayında “Miss Argentina” müsabiqəsinin finalına 60 yaşlı Alehandra Marisa Rodriqes də yüksəlmişdi.
Bakupost.azBakupost.az
Избранный
13
2
heftelik.az

3Источники