RU

Deputat: Bəzi əlavə hüquqi aktların və normativ sənədlərin qəbulu istiqamətdə işlər aparılır

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycan Respublikasının ərazi bütövlüyü tam şəkildə bərpa olunub və ölkə tam suveren şəkildə öz ərazisində idarəetməni təmin edir".

Oxu.Az-ın məlumatına görə, bunu Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfransda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

O bildirib ki, bu baxımdan 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan olunması - Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs çox dərin siyasi və hüquqi məna daşıyır:

"Konstitusiyamızın qəbul olunmasının 30 ili, ərazi bütövlüyümüzün bərpa edilməsinin və qələbəmizin 5 ili tamam olur. Bu baxımdan Konstitusiyanın və suverenlik prinsipinin faktiki reallaşmasının mühüm mərhələsidir. Bu, eyni zamanda qələbəmizin və suverenliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində "Konstitusiya və Suverenlik İli" çərçivəsində bütün sahələrdə əldə edilən nailiyyətlərin hüquqi baxımdan maarifləndirmənin genişləndirilməsi və dövlətçilik ənənələrinin təbliği istiqamətində prioritet məsələlərdəndir".

Komitə sədri bildirib ki, "Konstitusiya və Suverenlik İli" həm də ulu öndər Heydər Əliyevin hüquqi dövlətin qurulmasında əvəzsiz rolunu bir daha gündəmə gətirir:

"1995-ci ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən Konstitusiyamız Azərbaycan Respublikasının hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymuş çox mühüm sənəddir. Azərbaycan Konstitusiyası elə bir sənəddir ki, burada hüquqi çərçivədən başqa, həm də dövlətimizin siyasi fəlsəfəsi ifadə olunur. Sənədin qəbul edilməsindən 30 il keçib, bu illər ərzində dünya düzəni də dəyişib, müxtəlif texnoloji və hüquqi çağırışlar meydana çıxıb. Buna baxmayaraq, Konstitusiyamız öz əsas məğzi etibarilə dövrün tələblərinə cavab verə bilir və təbii ki, müasir çağırışlara uyğun olaraq bəzi əlavə hüquqi aktların və normativ sənədlərin qəbulunun mümkünlüyü də nəzərə alınır və bu istiqamətdə işlər aparılır".

Samir Əli

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
2
oxu.az

3Источники