RU

Nərimanovda “20 sentyabr-Dövlət Suverenliyi Günü”nü qeyd edilib - VİDEO

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  “20 sentyabr – Dövlət Suverenliyi Günü”nə həsr edilmiş tədbir keçirilib. 

"Unikal" xəbər verir ki, rayon rəhbərliyi, millət vəkilləri, ziyalıların və gənclərin iştirak etdiyi tədbirdə Dövlət Suverenliyi gününün əhəmiyyətindən, müasir dövlətçiliyimizin möhkəmlənməsində həlledici rolundan danışılıb.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev,  Azərbaycan Respublikası Milli məclisinin millət vəkilləri və digər natiqlər çıxış edərək bildirmişdirlər ki, dövlət suverenliyimizin tam bərpası cənab Prezidentin dəmir siyasi iradəsinin və qətiyyətli liderliyinin nəticəsidir. Onlar, beynəlxalq hüququn və beynəlxalq təşkilatların böhranının müşahidə edildiyi bir dövrdə, ölkəmizə tarixi zəfərlərə imza atmış və artıq adını Azərbaycan tarixinə əbədi həkk etmiş Müzəffər Ali Baş Komandan kimi güclü bir şəxsiyyətin və dahi siyasətçinin rəhbərlik etməsi xalqımız üçün böyük xoşbəxtlik və sonsuz qürur olduğunu vurğulamışlar.  

Tədbir incəsənət xadimlərinin çıxışları ilə davam edib. 

Избранный
64
50
unikal.az

10Источники