RU

Ziyafət Əsgərovdan Fazil Mustafaya CAVAB “Bu sözləri deyəndə ehtiyatlı olaq”

ain.az, Bizim media saytına istinadən bildirir.

“Əslində, hüquqşünaslara aydındır ki, xalq suverenliyi və dövlət suverenliyi fərqli terminlərdir. Yəni xalq suverenliyi fransız inqilabının məhsuludur və xalq suverenliyinin nəticəsi də həmin cəmiyyətlərin faciəsi ilə nəticələndiyinə görə, sonrakı dövrdə hüquqi sferada bundan daha çox imtina olunmağa başlanıldı. Milli və ya dövlət suverenliyi termini gündəmə gəldi. Maraqlıdır ki, Azərbaycan Konstitusiyasının ikinci maddəsində xalqın suverenliyi anlayışı yer alıb. Səbəbi bu idi: Azərbaycan Dövlət Suverenliyi tam bərpa olunmamışdı”.Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə Dövlət Suverenliyi Gününə həsr olunmuş konfransda çıxışı zamanı deyib.Deputat xalq suverenliyi terminin dövlət suverenliyi termini ilə dəyişdirilməsini təklif edib:“Biz dövlət suverenliyini bərpa edəndən sonra məhz prezidentin də bu termini seçməsi səbəbsiz deyil. Dövlət Suverenliyi Günü adının hallandırılması o deməkdir ki, gələcəkdə Konstitusiyada da xalq suverenliyi dövlət suverenliyi termini ilə əvəz olunmasına zərurət yaranacaq. Xalq suverenliyi siyasi terminologiyadır, bir az da  demoqoji mahiyyət daşıyır. Amma dövlət suverenliyi hüquqi termindir”.O, həmçinin, Naxçıvanla quru sərhədlərin açıldığı günün Bütöv Azərbaycan terminin də canlanacağı gün olacağını vurğulayıb:“Çünki Naxçıvan bir ada olsaydı, su ilə əlaqə olsaydı, ayrılmaz hissə kimi qalardı. Amma bu gün quruda yerləşən quru əlaqənin olmaması dövlət suverenliyini bərpa etsək də, Azərbaycanın real məzmunda birləşdirmək prosesini yekunlaşdırmamışdır. Biz bundan sonra siyasi terminologiyadan hüquqi terminologiyaya adlamağa cəhd edək”Fazil Mustafanın bu fikirləri ilə razılaşmayan Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, hakimiyyətin mənbəyi xalqdır.“Konkret olaraq hakimiyyəti xalq formalaşdırdığına görə, xalq suverenliyi də qeyd olunub. Hakimiyyətin mənbəyi xalqdırsa, suverenliyin daşıyıcısı da xalqdır. Naxçıvanla bağlı məsələyə gəldikdə isə Azərbaycan ərazisi bölünməzdir, bütövdür. Biz bunu əgər quru yolla əlaqələndiririksə, başqaları da deyər ki, “Azərbaycanda quru yol yoxdursa, onda Naxçıvan heç Azərbaycanın ərazisi deyil”. Bu sözləri deyəndə xahiş edirəm ki, ehtiyatlı olaq. Bizim ərazimiz bütövdür, vahiddir. Zəngəzur yolu da, avtomobil, dəmir yolu da açılacaq”.Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
25
1
bizim.media

2Источники